Bakıda məktəbdə yanğın olub, 20 şagird təxliyə edilib

16:17 24 Aprel 2015
22 Digər
Ölkə mətbuatı
A- A+

[ 24 Aprel 2015 16:09 ]


Bakı. Fuad Cəfərov - APA. Bakıda məktəbdə yanğın baş verib.

 

APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Bakı şəhər, Sabunçu rayonunda Təhsil Nazirliyinə məxsus, ümumi sahəsi 5202 kv.m olan üçmərtəbəli orta məktəbin hər mərtəbəsinin dəhlizində quraşdırılan 3 ədəd elektrik lövhəsi yanıb. Yanğın zamanı 20 nəfər şagird yanğınsöndürənlər tərəfindən təxliyə olunub.

 

Məktəb binasının qalan hissəsi yanğından mühafizə olunub.


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/381079

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR