Doğuş: "Xanımım nə deyirsə, o olmalıdır"

Doğuş: "Xanımım nə deyirsə, o olmalıdır"
16:17 24 Aprel 2015
256 Şou
Ölkə mətbuatı
A- A+

Türkiyəli müğənni, aparıcı Xoşqədəm Hidayətqızının həyat yoldaşı Doğuş “Günə baxan” verilişinin qonağı olub.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, ifaçı Qarabağ üçün vuruşmağa hazır olduğunu deyib:

“Bizim bir Qarabağ dərdimiz var. Unutmadıq, unutdurmayacağıq da. Qarabağ geri qayıtsın, orada ilk özüm konsert verəcəm. Müharibə olsa, döyüşə getməyə də hazıram”.

Doğuş həyat yoldaşı ilə münasibətlərindən də söz açıb:

“Xanımım nə deyirsə, o olmalıdır. Kişilər sərt görünür. Amma bununla özümüzü aldadırıq. Xanım istədiyini etmək üçün çalışır və bacarır. Bizim də əsəbi vaxtlarımız olur. Amma heç vaxt səsimizi yüksəltmirik. Həyat yoldaşımla bir-birimizi baxışlarımızla başa düşürük. Ailə çətindir. Zor şərtlər altında qurulur, amma asan yıxılır. İlk bir il çox təhlükəlidir. Ona görə diqqətli olmalıyıq”.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/showbiz/336394.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR