Canlı yayımda aparıcıdan kobud hərəkət (VİDEO)

11:16 13 Yanvar 2015
161 Digər
Ölkə mətbuatı
A- A+

Xəbər aparıcısının hərəkəti günün mövzusu olub. ANS PRESS-in məlumatına görə, kuryoz hadisə ESPN kanalında qeydə alınıb.

İdman haqqında xəbərlərin təqdimatı üçün aparıcı Hanna Storm efirə çıxıb. O, bir necə xəbər oxuduqdan sonra efirə material verib.

Fasilə zamanı qrimçi aparıçının makiyajını düzəltmək üçün ona yaxınlaşıb. Lakin o kobud hərəkət edərək qrim ustasının əlini sərt şəkildə itələyib.

Bu görüntülər canlı yayım aparan kameraların yaddaşına düşüb. Videogörüntülər sosial şəbəkədə yayıldıqdan sonra geniş mübahisələrə yol açıb.

H.Storm isə "Twitter"dən açıqlama verməyə məcbur olub. O, qrimçinin yaxın dostu olduğunu deməklə kifayətlənib.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR