Polşada Avropa Oyunlarına həsr edilmiş silsilə tədbirlər keçirilib (FOTO)

Polşada Avropa Oyunlarına həsr edilmiş silsilə tədbirlər keçirilib (FOTO)
16:18 24 Aprel 2015
76 Sosial
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 24 aprel /Trend, müxbir Elçin Mehdiyev/

Aprel 21-24-də Polşada Bakı-2015 Avropa Oyunlarına həsr edilmiş silsilə tədbirlər keçirilib.

Azərbaycan Milli Olimpiya Komitəsindən (MOK) Trend-ə verilən məlumata görə, tədbirdə MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə, Azərbaycanın Polşadakı səfiri Həsən Həsənov və MOK-un Beynəlxalq Əlaqələr İdarəsinin rəisi, Bakı-2015 I Avropa Oyunları nümayəndə heyətinin rəhbəri Könül Nurullayeva iştirak ediblər.

Polşa Olimpiya Komitəsində təşkil edilmiş Bakı-2015 Avropa Oyunlarına həsr olunmuş xüsusi təqdimat mərasiminində Polşa Olimpiya Komitəsinin prezidenti, Polşanın idman və turizm naziri, Polşa Prezidenti Administrasiyasının rəhbəri, Polşanın idman birliklərinin və dövlət qurumlarının, KİV nümayəndələri iştirak ediblər.

Aprelin 24-də Polşa Olimpiya Komitəsinin Baş Assambleyasının illik yığıncağı keçirilib. Hər iki tədbirdə Ç.Hüseynzadə, K.Nurullayeva Bakıda keçiriləcək Avropa Oyunları ilə bağlı təqdimatla çıxış ediblər. O cümlədən H.Həsənov Polşa-Azərbaycan münasibətlərinin tarixi köklərinə toxunub və I Avropa Oyunlarının Azərbaycan üçün əhəmiyyətindən danışıb.

İlk Avropa Oyunları ilə bağlı Polşada müxtəlif qurumlarda keçirilən görüşlərdə təqdimatla yanaşı, Bakı-2015 ilə bağlı polyak dilində hazırlanmış xüsusi videoçarx nümayiş etdirilib və təbliğat materialları paylanılıb.

Eyni zamanda, tədbirlər silsiləsi çərçivəsində “Olimpiyski” jurnalının növbəti buraxılışının təqdimat mərasimi olub. Bu buraxılış "Debütdən əvvəl" adı altında nəşr edilərək Bakı-2015 Avropa Oyunlarına həsr edilib.

Həmçinin tədbir çərçivəsində Ç.Hüseynzadə Polşanının “Olimpiyski” jurnalına, Polşa Mətbuat Agentliyinə, Polşanın 1-ci və 4-cü Radio proqramına, "TV Polsat" kanalına, Polşa Radio Məlumat Agentliyinə, "İdman icmalı" qəzetinə və Polşa Voleybol Birliyinin internet səhifəsinə müsahibə verib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az

Bizi Twitter-dən izləyin: @trend_az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/society/2387688.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR