Braziliyada Azərbaycan mədəniyyəti həftəsinin rəsmi açılışı olub

Braziliyada Azərbaycan mədəniyyəti həftəsinin rəsmi açılışı olub
16:22 24 Aprel 2015
Ölkə mətbuatı
A- A+

Bakı. 24 aprel. REPORT.AZ/ Braziliyanın Rio-de-Janeyro şəhərində Azərbaycan mədəniyyəti həftəsinin rəsmi açılış mərasimi keçirilib.
"Report" xəbər verir ki, mədəniyyət həftəsi çərçivəsində Rio-de-Janeyronun "Cidade das Artes" incəsənət mərkəzində Azərbaycan milli mətbəx nümunələrinin, Azərbaycan dünən, bu gün, sabah adlı fotosərgisinin açılışı olub.
Daha sonra "Teatro de Camera" zalında Azərbaycan incəsənət ustalarının iştirakı ilə muğam musiqisi və milli rəqslərdən ibarət konsert proqramı təqdim olunub. Tədbiri giriş sözü ilə incəsənət mərkəzinin prezidenti cənab Emilio Kalil açıq elan edib. Daha sonra Azərbaycanın Braziliyadakı səfiri Elnur Sultanov çıxış edərək, tədbirin məqsədindən danışıb. Səfir Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı, səfirliyin təşəbbüsü və incəsənət mərkəzinin təklifi ilə keçirilən bu tədbirin iki xalqın bir-birinin mədəniyyəti və adəti ilə tanış olmasında bir vasitə olacağını bildirib.
Rəsmi hissədən sonra Dövlət Rəqs Ansamblının üzvlərinin iştirakı ilə U.Hacıbəylinin musiqisi əsasında qurulmuş Cəngi rəqsi ifa olunub. Daha sonra muğam ifaçısı xalq artisti Mənsum İbrahimovun və Arzu Əliyevanın ifasında "Şuşanın dağları", "İrəvanda xal qalmadı" mahnıları, "Dilkeş" "Bayatı-Şiraz", "Qatar" təsnifləri və s. ifa olunub.
Ansamblın ifasında "Qarabağ", "Naz eləmə", "İgidlər" rəqsləri nümayiş etdirilib. 






Xəbərin orijinal ünvanı: http://report.az/i-ncesenet/braziliyada-azerbaycan-medeniyyeti-heftesinin-resmi-acilisi-olub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR