Azərbaycan Tarixi Muzeyində “Azərbaycanlıların soyqırımı” bölməsi açılıb

15:22 24 Aprel 2015
Ölkə mətbuatı
A- A+

[ 24 Aprel 2015 16:15 ]


Bakı. Cavid Zeynallı – APA. AMEA Milli Azərbaycan Tarixi Muzeyinin ekspozisiyasında ermənilərin törətdikləri soyqırımlara həsr olunmuş tədbir keçirilib.

 

Muzeydən APA-ya verilən məlumata görə, tədbirdə “Azərbaycanlıların soyqırımı” bölməsinin açılışı olub.

 

Tədbirdə Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti akademik Akif Əlizadə, akademiklər İbrahim Quliyev, İsa Həbibbəyli, AMEA-nın akademik-katibi Nərgiz Axundova, tarixçi alimlər Solmaz Rüstəmova-Tohidi, Şahin Mustafayev iştirak edib.

 

Bildirilib ki, tarix boyu erməni millətçiləri tərəfindən Azərbaycan xalqına qarşı qanlı cinayətlər, terror və soyqırım aktları törədilib.

 

XX əsrdə ermənilər tərəfindən azərbaycanlıların kütləvi şəkildə qətlə yetirmələrinin tarixi faktlara söykənən sənədləri və foto-şəkil stendləri ekspozisiyada öz əksini tapıb. Milli Elmlər Akademiyasının prezidenti Akif Əlizadə bu ekspozisiyanın tarixi əhəmiyyət daşıdığını və azərbaycanlılara qarşı soyqırım həqiqətlərini dünyaya çatdırılması və təbliğində böyük rolunu qeyd edib.


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/381077

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR