Bakıda məktəb yanıb, şagirdlər təxliyə olunub

Bakıda məktəb yanıb, şagirdlər təxliyə olunub
15:23 24 Aprel 2015
98 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 24 aprel /Trend, müxbir İlkin İzzət/

Bakıda məktəb yanıb, şagirdlər təxliyə olunub.

Trend Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, Bakı şəhər, Sabunçu rayonunda Təhsil Nazirliyinə məxsus ümumi sahəsi 5202 kv.m olan üçmərtəbəli orta məktəbin hər mərtəbəsinin dəhlizində quraşdırılmış 3 ədəd elektrik lövhəsi yanıb.

Yanğın zamanı 20 nəfər şagird yanğınsöndürənlər tərəfindən təxliyyə olunub. Məktəb binasının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 11:14-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Bizi Twitter-dən izləyin: @trend_az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/incident/2387703.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR