Xəzər rayonunda akademik Zərifə Əliyevanın anadan olmasının 92-ci ildönümü ilə bağlı tədbir keçirilib

16:23 24 Aprel 2015
188 Ölkə
Ölkə mətbuatı
A- A+



Bakı, 24 aprel, AZƏRTAC
Aprelin 24-də Yeni Azərbaycan Partiyası Xəzər rayon təşkilatının Qadınlar Şurası görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 92-ci ildönümü ilə bağlı tədbir keçirib.
AZƏRTAC xəbər verir ki, YAP Xəzər rayon təşkilatının sədr müavini Zeynəb Əliyeva tədbirdə çıxış edərək bildirib ki, öz həyatını tibb elminin inkişafına həsr edən akademik Zərifə Əliyeva göz xəstəliklərinin profilaktik müalicəsi sahəsində böyük uğurlara imza atıb. Bütün ömrünü insanların sağlamlığına həsr edən Zərifə Əliyeva yüksək daxili mədəniyyəti, incə qəlbi, elmə sədaqəti ilə qədirbilən xalqımızın xatirəsində həmişə yaşayacaq.
YAP Xəzər rayon təşkilatı Qadınlar Şurasının sədri Pərvanə Hacıyeva görkəmli oftalmoloq alim Zərifə Əliyevanın zəngin və mənalı ömür yolundan danışıb. Bildirib ki, tibb elminin inkişafındakı xidmətləri ilə yanaşı, Zərifə xanım xalqımızın ümummilli lideri Heydər Əliyevin ömür-gün yoldaşı kimi böyük fədakarlıqlar göstərib.
Tədbirdə digər çıxış edənlər görkəmli oftalmoloqun həkimlik fəaliyyətindən, tibb elminə verdiyi dəyərli töhfələrdən, əsl pedaqoq kimi gənc mütəxəssislərin yetişməsindəki rolundan, yüksək insani keyfiyyətlərindən danışıblar.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Xezer_rayonunda_akademik_Zerife_Aliyevanin_anadan_olmasinin_92_ci_ildonumu_ile_bagli_tedbir_kechirilib-849459

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR