Jirinovski "erməni soyqırımına" qarşı çıxdı - VİDEO

Jirinovski "erməni soyqırımına" qarşı çıxdı - VİDEO
16:27 24 Aprel 2015
220 Dünya
Ölkə mətbuatı
A- A+

Rusiyanın Liberal Demokrat Partiyasının sədri Vladimir Jirinovski "erməni soyqırımının" 100 illiyi ilə bağlı xüsusi bəyanatı pisləyib.

Milli.Az Rusiya KİV-ə istinadən bildirir ki, o, bu barədə Rusiyanın Dövlət Dumasının bugünkü iclasında deyib.

"Bu bəyanat nəyə həsr olunur? Kimsə deyir ki, bu başsağlığıdır. Ancaq başsağlığı fiziki şəxsin ölümü zamanı verilir. Dəfnə gedəndə başsağlığı verərsiniz. Burada isə söhbət 100 il əvvəl baş vermiş hadisədən gedir" - o əlavə edib.

O, Ermənistanın qardaş dövlət olması barədə sözlərə də münasibət bildirib.

"Qardaş Ermənistan haqqında yazmağa da əsas görmürəm. Qardaş dövlət və xalq olmur. Ukraynanın nümunəsində biz bunu görürük. Ruslar və ukraynalılar nəinki qardaş olmadılar, hətta düşmənə çevrildilər", - o vurğulayıb.

Jirinovski 1991-ci ildə rusların Ermənistandan qovulmasını da xatırladıb.

"1991-ci ildə bütün rusları Ermənistandan qovdular. Bu gün Ermənistan ən monoetnik respublikadır. Hər yerdə ruslar və digər xalqların nümayəndələri var. Ermənistanda isə yoxdur. Bu səbəbdən də burada "qardaş Ermənistan" haqda danışmağa da gərək yoxdur. Mən əminəm ki, Ermənistana qonşularından təhdid olmasaydı, bizim onlarla heç vaxt yaxşı münasibətlərimiz olmazdı", - o Jirinovski bildirib.

Milli.Az

Videonu izləmək üçün şəkilə klikləyin.


фото


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/336403.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR