Azərbaycanın dəmir yollarında Avropa Oyunları ilə bağlı yeniliklər tətbiq ediləcək (FOTO)

Azərbaycanın dəmir yollarında Avropa Oyunları ilə bağlı yeniliklər tətbiq ediləcək (FOTO)
16:28 24 Aprel 2015
146 Sosial
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 24 aprel /Trend/

Birinci Avropa Oyunlarına hazırlıq prosesi ərəfəsində dəmir yolunda da bir sıra mühüm işlər həyata keçirilir.

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti Dəmir yollarının və texniki qurğuların təmir-tikinti Departamenti tərəfindən Əmircan, Suraxanı, Bülbülə stansiyalarında və Mədəniyyət dayanacağında əsaslı təmir işləri aparılıb.

QSC-nin Mətbuat katibliyindən Trend-ə verilən məlumata görə, eyni zamanda, Bakı və Sumqayıt sərnişin stansiyalarında və Gəncə vağzalında səsli məlumatların yayılması üçün hazırlıq işləri başa çatıb. Birinci Avropa Oyunlarının keçiriləcəyi müddətdə həmin məlumatların Azərbaycan, rus və ingilis dillərində səsləndirilməsi təmin olunacaq.

Beynəlxalq sərnişin qatarlarında çalışan qatar heyətləri, təlimatçılar və digər əlaqədar işçilər sərhəd-keçid məntəqələrində prosedur qaydaları ilə bağlı mütəmadi olaraq təlimatlandırılır. Birinci Avropa Oyunlarının keçiriləcəyi dövrdə onlar gücləndirilmiş iş rejimində çalışacaq və bu işlərə ingilis dilini bilən əməkdaşlar da cəlb olunacaqlar. Bununla əlaqədar Bakı vaqon deposunda briqada heyəti və bilet kassirlərinin ingilis dilini öyrənməsi üçün təlim kursları açılıb və qeyd edilən işçilər hazırda həmin kurslarda təlim keçirlər.

Birinci Avropa Oyunlarının keçiriləcəyi müddətdə əcnəbi turistlərin, idmançıların, qarşılanması, onların yönləndirilməsi məqsədi ilə Bakı sərnişin stansiyasında Mədəniyyət və Turizm Nazirliyinin müvafiq qurumları ilə birlikdə informasiya mərkəziləri yaradılır və lazımi avadanlıqlarla təchiz olunub. Eyni zamanda, Bakı sərnişin stansiyasında rəsmi nümayəndələr zalına ingilis və rus dillərində tərcüməçi işə götürülüb.

Bununla yanaşı, sərnişin qatarlarına minik zamanı məlumat büroları, diktorlar və rəsmi nümayəndələr zalının növbətçiləri tərəfindən sərnişinlər arasında maarifləndirilmə işləri aparılır.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az

Bizi Twitter-dən izləyin: @trend_az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/society/2387702.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR