Elnur Hüseynov Moskvada çıxış edəcək

Elnur Hüseynov Moskvada çıxış edəcək
16:28 24 Aprel 2015
Ölkə mətbuatı
A- A+


Moskva, 24 aprel, AZƏRTAC
Aprelin 24-də Moskvadakı “Korston Club Hotel” mehmanxanasında “Eurovision 2015” mahnı müsabiqəsi iştirakçılarının konserti olacaq. Səhnəyə digər iştirakçılarla yanaşı, Azərbaycan təmsilçisi Elnur Hüseynov da çıxacaq.
Hər il keçirilən pre-partidə həmçinin ötən illərin iştirakçıları, o cümlədən Ell & Nikki dueti də çıxış edəcək.
“Eurovision-2015” yubiley müsabiqəsi Avstriyanın paytaxtı Vyanada mayın 19-dan 23-dək keçiriləcək. Azərbaycanı müsabiqədə Elnur Hüseynov “Hour of the Wolf” mahnısı ilə təmsil edəcək.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Elnur_Huseynov_Moskvada_chixis_edecek-849463

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR