"Yoldaşım teatrda işləməyə qoymur" - FOTO

"Yoldaşım teatrda işləməyə qoymur" - FOTO
16:32 24 Aprel 2015
Ölkə mətbuatı
A- A+

Əməkdar artist Məsmə Aslanqızı “Yeri gəlmişkən” verilişinə müsahibə verib.
 
Milli.Az axşam.az-a istinadən xəbər verir ki, ailə qurduqdan sonra efirdən uzaqlaşan aktrisa teatrdan getməsinin səbəblərini açıqlayıb:
 
“Həyat yoldaşım teatrda işləməyə qoymur. Teatrdan getdiyimi qohumlarım eşidəndə narazıçılıq etdilər. Həyat yoldaşımı incitmək istəmirəm. Ona görə də sözündən çıxmadım. Nə vaxtsa məni başa düşəcək və işlə təmin olunmağımı özü təşkil edəcək. Yoldaşımın çox yaxşı qardaşları var. Ailə quranda iki qardaş qazandım. Ümumiyyətlə, onun qohumlarından çox razıyam. Hər bir qayınanada övladına qarşı qısqanclıq olur. Neçə il övlad böyüdür və onu başqasına verir. Qayınananı pisləyə bilmərəm. Çünki gələcəkdə oğlum olsa, bilmirəm mən necə davranacam”.

Milli.Az
 
 









Xəbərin orijinal ünvanı: http://news.milli.az/culture/336400.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR