Böyük Britaniya şirkəti Sumqayıt Kimya Sənaye Parkı ilə əməkdaşlıq edəcək

Böyük Britaniya şirkəti Sumqayıt Kimya Sənaye Parkı ilə əməkdaşlıq edəcək
15:38 24 Aprel 2015
Ölkə mətbuatı
A- A+


Bakı, 24 aprel, AZƏRTAC 
Böyük Britaniyanın “Johnson Matthe” şirkətinin nümayəndələri “Sumqayıt Kimya Sənaye Parkı” (SKSP) MMC-nin ofisində olub, əməkdaşlıq imkanlarını müzakirə ediblər.
SKSP-dən AZƏRTAC-a bildiriblər ki, qonaqlara rezidentlər üçün müəyyənləşdirilmiş güzəştlər barədə ətraflı məlumat verilib, Sənaye Parkının gələcək perspektivlərini özündə əks etdirən 3D formatlı video çarx təqdim olunub.
Sonra “Johnson Matthe” şirkəti tərəfindən təqdimat keçirilib, kimya sənayesində aparıcı texnologiyalarla təminat mövzusunda müzakirələr aparılıb.
Qeyd edək ki, “Johnson Matthe” şirkəti neft-kimya sənayesi, orqanik kimya, qiymətli metalların və tullantıların emalı üzrə texnologiyaların hazırlanması və təchizatını həyata keçirir. Hazırda şirkətin dünyanın 30 ölkəsində təmsilçiliyi fəaliyyət göstərir.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Boyuk_Britaniya_sirketi_Sumqayit_Kimya_Senaye_Parki_ile_emekdasliq_edecek-849469

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR