Stansiyalar təmir edildi (FOTO)

Stansiyalar təmir edildi (FOTO)
15:41 24 Aprel 2015
78 Ölkə
Ölkə mətbuatı
A- A+

Birinci Avropa Oyunlarına hazırlıq prosesi ərəfsində dəmir yolunda da bir sıra mühüm işlər həyata keçirilməkdədir.

“Azərbaycan Dəmir Yolları”ndan ANS PRESS-ə verilən məlumata görə, Qapalı Səhmdar Cəmiyyəti Dəmir yollarının və texniki qurğularının təmir-tikinti Departamenti tərəfindən Əmircan, Suraxanı, Bülbülə stansiyalarında və Mədəniyyət dayanacağında əsaslı təmir işləri aparılıb.

Eyni zamanda Bakı və Sumqayıt sərnişin stansiyalarında və Gəncə vağzalında səsli məlumatların yayılması üçün hazırlıq işləri başa çatıb. Birinci Avropa Oyunlarının keçiriləcəyi müddətdə həmin məlumatların azərbaycan, rus və ingilis dillərində səsləndirilməsi təmin olunacaq.

Beynəlxalq sərnişin qatarlarında çalışan qatar heyətləri, təlimatçılar və digər əlaqədar işçilər sərhəd-keçid məntəqələrində prosedur qaydaları ilə bağlı mütəmadi olaraq təlimatlandırılırlar. Birinci Avropa Oyunlarının keçiriləcəyi dövrdə onlar gücləndirilmiş iş rejimində çalışacaq və bu işlərə ingilis dilini bilən əməkdaşlar da cəlb olunacaqlar. Bununla əlaqədar Bakı vaqon deposunda briqada heyəti və bilet kassirləri ingilis dilini öyrənmək üçün təlim kursları açılmışdır və qeyd edilən işçilər hal-hazırda həmin kurslarda təlim keçirlər.

Birinci Avropa Oyunlarının keçiriləcəyi müddətdə əcnəbi turistlərin, idmançıların, qarşılanması, onların yönləndirilməsi məqsədi ilə Bakı sərnişin stansiyasında Mədəniyyət və Turizm Nazirliyinin müvafiq qurumları ilə birlikdə informasiya mərkəziləri yaradılır və lazımı avadanlıqlarla təchiz olunub. Eyni zamanda, Bakı sərnişin stansiyasında rəsmi nümayəndələr zalına ingilis və rus dillərində tərcüməçi işə götürülmüşdür.

Bununla yanaşı, sərnişin qatarlarına minik zamanı məlumat büroları, diktorlar və rəsmi nümayəndələr zalının növbətçiləri tərəfindən sərnişinlər arasında maarifləndirilmə işləri aparılır.



Mənbə
ANS PRESS



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=20&nid=340221

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR