“Aqrolizinq” ASC-nin “Ucar aqroservis” filialının işçiləri yanğına qarşı təlimatlandırılıblar

“Aqrolizinq” ASC-nin “Ucar aqroservis” filialının işçiləri yanğına qarşı təlimatlandırılıblar
16:43 24 Aprel 2015
156 Ölkə
Ölkə mətbuatı
A- A+


Bakı, 24 aprel, AZƏRTAC 
Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğın Nəzarəti Xidməti dənli və texniki bitkilərinin yığılması, daşınması, saxlanılması və emalı zamanı yanğın hadisələrinin qarşısının alınması məqsədilə “Aqrolizinq” ASC-nin “Ucar aqroservis” filialında yanğına qarşı təbliğat xarakterli növbəti tədbir keçirib.
FHN-in mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, tədbirdə kənd təsərrüfatı texnikalarına, elektrik təsərrüfatına, əraziyə baxış keçirilib, təsərrüfat rəhbərləri tərəfindən müvafiq texniki işçilərin təlimatlandırılması, texnikaların ilkin yanğınsöndürmə vasitələri ilə təmin olunması işinin vəziyyəti öyrənilib, texnikaların təchiz edildiyi yanğınsöndürmə vasitələrinin yararlılığı yoxlanılıb, yanğın təhlükəsizliyinin təmin olunması üçün müvafiq tövsiyələr verilib, yanğına qarşı təbliğat xarakterli söhbətlər aparılıb.
Tədbirdə “Aqrolizinq” ASC-nin “Ucar aqroservis” filialının işçilərinə Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən nəşr etdirilmiş dənli və texniki bitkilərin yığımı dövründə yanğın təhlükəsizliyi qaydalarını təbliğ edən plakat və yaddaş kitabçaları paylanılıb.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Aqrolizinq_ASC_nin_Ucar_aqroservis_filialinin_ischileri_yangina_qarsi_telimatlandiriliblar-849471

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR