​“Hello, Autumn!”, darıxdırıcı payız gəldi!

“Hello, Autumn!”, darıxdırıcı payız gəldi! Ancaq qəmgin olmağa dəyməz, çünki oktyabrın 6-ı Passage 1901 kreativ məkanında (Nigar Rəfibəyli 12/14) xüsusi əl işi ilə seçilən istedadlar saat 10:00-dan 20:00-a qədər sizi sevindirməyə hazır olacaqlar.

Handicraft Baku (https://www.instagram.com/handicraft_baku/) komandası 30 dan çox yerli əl işi ustalarını dəvət edərək onların yaradıcılıqlarının bir hissəsini göstərməklə sizə unudulmaz təəssüratlar və gözəl əhval ruhiyyə bəxş edəcəklər. Vahid məkanda siz müsbət əhval ruhiyyə üçün lazım olan inqredientləri tapa biləcəksiz. Özünüz və sevdiklərinizi dadlı təamlardan tutmuş müasir dəbə uyğun və ürəyə yatan hədiyyələrlə sevindirə bilərsiniz. Burada siz müxtəlif cəlbedici aksesuarları sınaya, maraqlı açıqcalar və stikerlər seçə, uşağınızı sevindirə, kitabları vərəqləyə, ən dadlı desertləri dada və bodi artdan zövq ala bilərsiniz.

Gözəl Bakımızın istedadlarını tanıyaq və dəstək olaq!


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR