[ 24 Aprel 2015 16:42 ]
Bakı – APA. Makedoniyada qatar dəmir yolu ilə gedən miqrantları vurub.
APA-nın “Röyters”ə istinadən verdiyi məlumata görə, nəticədə 18 nəfər ölüb.
Hadisə Veles şəhəri yaxınlığında baş verib. Polisdən bildiriblər ki, Somali və Əfqanıstandan olan miqrantlar dəmir yolu xətti ilə hərəkət etdikləri üçün qatar sürücüsü vaxtında əyləcdən istifadə edə bilməyib.