Multikulturalizm Mərkəzi Ural Federal Universitetində monitorinqə başlayıb

Multikulturalizm Mərkəzi Ural Federal Universitetində monitorinqə başlayıb
16:48 24 Aprel 2015
44 Ölkə
Ölkə mətbuatı
A- A+



Bakı, 24 aprel, AZƏRTAC
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin xarici və yerli universitetlərdə “Azərbaycan multikulturalizmi” fənninin tədrisi layihəsi çərçivəsində bu fənnin Rusiyanın ilk Prezidenti Boris Yeltsinin adını daşıyan Ural Federal Universitetinin Yekaterinburq filialında tədrisi davam edir.
Dərs gedişinin keyfiyyətinə nəzarət, fənnin tədris olunan universitetlərdə aktuallığını və onun uğurlu layihə kimi davamlılığını təmin etmək və fənni tədris edən müəllimlərin fərdi öhdəliklərinin yoxlanılması məqsədi ilə hər semestr ərzində iki dəfə Mərkəzin müəyyən etdiyi şəxslər tərəfindən monitorinq aparılır.
Ural Federal Universitetinin Yekaterinburq filialına Azərbaycan Milli Məclisinin deputatı Mixail Zabelin və Bakı Slavyan Universitetinin professoru Rafiq Novruzov ezam olunub. Onlar Ural Federal Universitetinin nəzdində fəaliyyət göstərən Azərbaycanşünaslıq Mərkəzinin müdiri, “Azərbaycan multikulturalizmi” fənnini tədris edən professor Aleksandr Nesterovun, Azərbaycanın Yekaterinburqdakı baş konsulu Sultan Qasımovun, konsullar M. Əhmədovun və İ.İskəndərovun iştirakı ilə bir sıra görüşlərdə iştirak ediblər.
Görüşlərdə “Azərbaycan multikulturalizmi” fənninin tədrisinin təkmilləşdirilməsi, Azərbaycan ilə Rusiya arasında sosial-iqtisadi və humanitar sahədə münasibətlər və gələcəkdə əməkdaşlığın genişləndirilməsi barədə fikir mübadiləsi aparılıb.
Sonra professor Rafiq Novruzov Ural Federal Universitetində “Azərbaycan multikulturalizmi” fənnini öyrənən magistrantlarla görüş keçirib. Görüş zamanı tələbələrin tədris fənninə müsbət münasibətinin olması müəyyən edilib.
Görüşlərdə mayın 5-6-da Bakı Slavyan Universitetində “Azərbaycanşünaslığın aktual problemləri” mövzusunda keçiriləcək beynəlxalq konfransda Ural Federal Universitetinin müəllim və tələbə heyətinin iştirakının mümkünlüyü müzakirə olunub. Universitetdə Azərbaycanşünaslıq Mərkəzinin müdiri, professor Aleksandr Nesterovun hazırladığı “XVII əsr İrəvan xanlığı” adlı kitab haqqında geniş məlumat verilib.
Ural Federal Universitetinin Yekaterinburq filialında monitorinq keçiriləcək və monitorinqin nəticələri haqqında ətraflı məlumat veriləcək.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Multikulturalizm_Merkezi_Ural_Federal_Universitetinde_monitorinqe_baslayib-849472

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR