® Fitch AccessBank-ın kredit reytinqini Investment Grade səviyyəsində təsdiqləyib

® Fitch AccessBank-ın kredit reytinqini Investment Grade səviyyəsində təsdiqləyib
16:54 24 Aprel 2015
Ölkə mətbuatı
A- A+

 

 

Fitch Ratings AccessBank-ın uzunmüddətli Emitent Defoltu Reytinqini ‘BBВ-’ səviyyəsində təsdiqləyib

 

Fitch Ratings agentliyi AccessBank-ın Uzunmüddətli Emitent Defoltu Reytinqini (EDR) “Sabit” proqnozla ‘BBВ-’ dərəcəsində, “Investment Grade” səviyyəsində təsdiqləyib. Fitch Bankın beynəlxalq kredit reytinqini 2014-cü ilin dekabr ayında ‘BB+’ səviyyəsindən ‘BBВ-’ - səviyyəsinə yüksəldib. Hazırda AccessBank yerli banklar arasında ən yüksək kredit reytinqinə malikdir və Azərbaycanda “Investment Grade”  səviyyəsinə yüksələn yeganə bank olaraq qalır.

 

“AccessBank-ın investisiya səviyyəsinin ‘BBВ-’ reytinqi üzrə təsdiqlənməsi Bankın yüksək sabitliyə və dayanıqlı biznes modelinə malik olduğunu təsdiq edir. Əksər MDB ölkələrinin iqtisadiyyatının mürəkkəb şəraitdə mövcud olduğu bir zamanda, bu reytinqin əldə olunması mühüm əhəmiyyət kəsb edir,” – AccessBank-ın Baş Meneceri Michael Hoffmann reytinqin təsdiqlənməsini şərh edərək qeyd edib.  

 

Reytinqin tam siyahısı aşağıda göstərilir:

 

Uzunmüddətli EDR: “Sabit” proqnozla ‘BBB-’ səviyyəsində təsdiqlənib

Qısa müddətli EDR: ‘F3’səviyyəsində təsdiqlənib

Dayanıqlılıq reytinqi: ‘bb-’ səviyyəsində təsdiqlənib

Dəstək Reytinqi: ‘2’ səviyyəsində təsdiqlənib

 

AccessBank 2002-ci ildə Qara Dəniz Ticarət və İnkişaf Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, Beynəlxalq Maliyyə Korporasiyası, KfW, LFS Financial Systems GmbH adlı Alman konsaltinq şirkəti və AccessHoldinq tərəfindən yaradılıb. AccessBank mikro, kiçik və orta ölçülü bisneslərin maliyyələşdirilməsi ilə məşğuldur. Azərbaycanda geniş filial şəbəkəsinə malik olan Bankda 2000-dən artıq əməkdaş çalışır.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/200468

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR