Suarez: "Onu öldürmək istəyirdim"

Suarez: "Onu öldürmək istəyirdim"
16:57 24 Aprel 2015
36 İdman
Ölkə mətbuatı
A- A+

Luis Suarez 2014 mundialında keçirdiyi hissləri açıqlayıb. Milli.Az goal.az-a istinadən xəbər verir ki, uruqvaylı futbolçu dizində ağrılar olmasına baxmayaraq, İngiltərə millisi ilə oyunda dubla imza atmasını xatırlayıb.

"İngiltərə ilə oyundan sonra ağlamağımı başqa vaxt etdiyimi xatırlamıram. Həmin oyundan bir gün əvvəl ağrılar içində idim. Amma stadiona gələndə özümə söz verdim ki, ağrılara diqqət yetirməyəcəm. İsinmə hərəkətləri edəndə kəskin ağrılar hiss edirdim. Amma sonra 2 qol vurdum. Hətta həyat yoldaşım da mənə dedi ki, nə etdiyimi başa düşə bilməyib. Mənə sağalmaqda kömək edən Valter Pereyranı qucaqladım. Heç kim düşünməzdi ki, İngiltərə ilə matçda iştirak edəcəm.

Hətta "Barselona"nın həkimləri də bildirdi ki, 8 həftə müddətinə sıradan çıxmışam. Amma bir ayın içində meydanlara qayıtdım. İtaliya ilə matçda etdiyim hərəkəti hamı xatırlayır. Amma Braziliyada keçirilən turnirdə olmaq üçün hər şeylə risk etmişdim. Mundialın ilk oyununda Kosta-Rika millisinə qarşı oynaya bilmədim. Komanda uduzanda baş məşqçi Oskar Tabarezi öldürmək istəyirdim ki, niyə məni meydana buraxmır. Çox pis idi. Lakin Tabarez bilirdi ki, hələ meydana çıxmaq üçün tam hazır deyiləm. İndi anlayıram ki, məşqçi ehtiyatı əldən verməməyə çalışıb".

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/336406.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR