Məzahir Pənahov Qazaxıstanda keçiriləcək prezident seçkisini müşahidə edəcək

Məzahir Pənahov Qazaxıstanda keçiriləcək prezident seçkisini müşahidə edəcək
16:58 24 Aprel 2015
287 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 24 aprel /Trend, müxbir Elçin Mehdiyev/

Azərbaycan Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahovun başçılıq etdiyi nümayəndə heyəti Qazaxıstana səfər yola düşüb.

MSK-dan Trend-ə verilən məlumata görə, səfərdə məqsəd aprelin 26-da Qazaxıstanda keçiriləcək növbədənkənar prezident seçkilərini müşahidə etməkdir.

Qazaxıstan Mərkəzi Seçki Komissiyasının sədri Kuandık Turqankulovun dəvətinə əsasən gerçəkləşdirilən səfər çərçivəsində M.Pənahovun Qazaxıstanlı həmkarı, eləcə də digər rəsmi şəxslərlə görüşləri, bütün sahələrdə əlaqələri genişlənən iki ölkənin seçki qurumları arasında əməkdaşlığın daha da inkişaf etdirilməsi və qarşılıqlı maraq doğuran məsələlər ətrafında müzakirələrin aparılması nəzərdə tutulur.

Qeyd edək ki, MSK təmsilçiləri həmçinin, ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu, Müstəqil Dövlətlər Birliyi və Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının tərkibində də sözügedən seçkilərin müşahidəsində iştirak edirlər.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az

Bizi Twitter-dən izləyin: @trend_az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/politics/2387731.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR