Futbol üzrə Avropa Liqası yarışlarının yarımfinal mərhələsinin püşkü atılıb

Futbol üzrə Avropa Liqası yarışlarının yarımfinal mərhələsinin püşkü atılıb
16:58 24 Aprel 2015
56 İdman
Ölkə mətbuatı
A- A+


Bakı, 24 aprel, AZƏRTAC
Aprelin 24-də UEFA-nın İsveçrənin Nyon şəhərindəki mənzil-qərargahında futbol üzrə Avropa Liqası yarışlarının yarımfinal mərhələsinin püşkü atılıb.
AZƏRTAC xəbər verir ki, püşkün nəticəsinə əsasən, İtaliyanın “Napoli” klubu Ukraynanın “Dnepr”, “Fiorentina” (İtaliya) isə İspaniyanın “Sevilya” klubu ilə üz-üzə gələcək.
Turnirin final mərhələsinin nominal meydan sahibi də müəyyənləşib. Belə ki, “Napoli” – “Dnepr” görüşünün qalibi finalın nominal meydan sahibi olacaq.
Yarımfinal mərhələsinin oyunları mayın 7-də və 14-də keçiriləcək. Final qarşılaşması isə mayın 27-də Varşavadakı Milli Stadionunda keçiriləcək.


Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Futbol_uzre_Avropa_Liqasi_yarislarinin_yarimfinal_merhelesinin_pusku_atilib-849476

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR