Azərbaycan prezidenti Çanaqqalada səfərdədir

17:02 24 Aprel 2015
28 Ölkə
Ölkə mətbuatı
A- A+

[ 24 Aprel 2015 16:56 ]

Bakı - APA. Türkiyədə Çanaqqala savaşının 100-cü ildönümü ilə bağlı keçiriləcək anım mərasimində iştirak etmək üçün Azərbaycan prezidenti İlham Əliyev Çanaqqalaya səfər edib.

APA-nın “Anadolu” agentliyinə istinadən verdiyi məlumata görə, dövlət başçısının təyyarəsi Çanaqqala şəhər hava limanına enib.

 

Prezident İlham Əliyevi Türkiyənin iqtisadiyyat naziri Nihat Zeybekçi qarşılayıb.

 

Daha sonra prezident İlham Əliyev və Nihat Zeybekçi xüsusi avtomobilə mərasimin keçiriləcəyi şəhər mərkəzinə yollanıblar.


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/381093

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR