Saxta hərbçiyə dələduzluğa görə cinayət işi açıldı

17:03 24 Aprel 2015
45 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 24 aprel /Trend, müxbir İlkin İzzət/

Özünü vəzifəli şəxs kimi təqdim edən vətəndaşın qanunsuz əməlləri ifşa edilib.

Baş Prokurorluğun mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, hüquq-mühafizə orqanları ilə əlaqəli şəkildə vətəndaşların hüquq və azadlıqlarının etibarlı müdafiəsinin təmini sahəsində korrupsiyaya qarşı mübarizə tədbirləri davam etdirilir.

Belə ki, Ədliyyə Nazirliyi Penitensiar Xidmətdən daxil olmuş material üzrə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində aparılmış araşdırmalarla Yevlax rayon sakini Həsən Əliyevin özünü Daxili İşlər Nazirliyinin (DİN) Daxili Qoşunlarının məsul əməkdaşı kimi təqdim edərək Ağdaş rayon sakininin övladını Penitensiar Xidmətin Şəki penitensiar müəssisəsinə işə qəbul etdirəcəyini vəd edərək 4 500 manat məbləğində pulunu etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirməsində şübhələr üçün əsaslar müəyyən edildiyindən fakta görə Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla dələduzluq) və 310-cu (vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə) maddələri ilə cinayət işi başlanıb.

Hazırda cinayət işi üzrə istintaq davam etdirilir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az

Bizi Twitter-dən izləyin: @trend_az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/incident/2387742.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR