“Azərbaycan Dəmir Yolları” I Avropa Oyunları ilə bağlı bir sıra mühüm işlər görüb

“Azərbaycan Dəmir Yolları” I Avropa Oyunları ilə bağlı bir sıra mühüm işlər görüb
16:03 24 Aprel 2015
Ölkə mətbuatı
A- A+


Bakı, 24 aprel, AZƏRTAC
Bakıda keçiriləcək I Avropa Oyunlarına hazırlıq prosesi ərəfəsində “Azərbaycan Dəmir Yolları” QSC bir sıra mühüm işlər görüb.
QSC-nin mətbuat katibliyinin rəisi Nadir Əzməmmədov AZƏRTAC-a bildirib ki, “Azərbaycan Dəmir Yolları” QSC Dəmir yollarının və texniki qurğularının təmir-tikinti Departamenti tərəfindən Əmircan, Suraxanı, Bülbülə stansiyalarında və Mədəniyyət dayanacağında əsaslı təmir işləri aparılıb.
Eyni zamanda Bakı və Sumqayıt sərnişin stansiyalarında və Gəncə vağzalında səsli məlumatların yayılması üçün hazırlıq işləri başa çatıb. Birinci Avropa Oyunlarının keçiriləcəyi müddətdə həmin məlumatların Azərbaycan, rus və ingilis dillərində səsləndirilməsi təmin olunacaq.
Beynəlxalq sərnişin qatarlarında çalışan qatar heyətləri, təlimatçılar və digər əlaqədar işçilər sərhəd-keçid məntəqələrində prosedur qaydaları ilə bağlı mütəmadi olaraq təlimatlandırılırlar. I Avropa Oyunlarının keçiriləcəyi dövrdə onlar gücləndirilmiş iş rejimində çalışacaq və bu işlərə ingilis dilini bilən əməkdaşlar da cəlb olunacaqlar. Bununla əlaqədar Bakı vaqon deposunda briqada heyəti və bilet kassirləri ingilis dilini öyrənmək üçün təlim kursları açılıb və qeyd edilən işçilər hazırda həmin kurslarda təlim keçirlər. I Avropa Oyunlarının keçiriləcəyi müddətdə əcnəbi turistlərin, idmançıların, qarşılanması, onların yönləndirilməsi məqsədi ilə Bakı sərnişin stansiyasında Mədəniyyət və Turizm Nazirliyinin müvafiq qurumları ilə birlikdə informasiya mərkəziləri yaradılır və lazımı avadanlıqlarla təchiz olunub. Eyni zamanda, Bakı sərnişin stansiyasında rəsmi nümayəndələr zalına ingilis və rus dillərində tərcüməçi işə götürülüb. Bununla yanaşı, sərnişin qatarlarına minik zamanı məlumat büroları, diktorlar və rəsmi nümayəndələr zalının növbətçiləri tərəfindən sərnişinlər arasında maarifləndirilmə işləri aparılır.


Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Azerbaycan_Demir_Yollari_I_Avropa_Oyunlari_ile_bagli_bir_sira_muhum_isler_gorub-849477

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR