Özünü məmur kimi təqdim edən şəxs ələ keçdi - RƏSMİ

Özünü məmur kimi təqdim edən şəxs ələ keçdi - RƏSMİ
16:09 24 Aprel 2015
92 Ölkə
Ölkə mətbuatı
A- A+

Hüquq mühafizə orqanları ilə əlaqəli şəkildə vətəndaşların hüquq və azadlıqlarının etibarlı müdafiəsinin təmini sahəsində korrupsiyaya qarşı mübarizə tədbirləri davam etdirilir. Baş Prokurorluğun mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, Ədliyyə Nazirliyinin Penitensiar Xidmətindən daxil olmuş material üzrə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırma aparılıb. Bəlli olub ki, Yevlax rayon sakini Həsən Əliyevin özünü Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının məsul əməkdaşı kimi təqdim edərək Ağdaş rayon sakininin övladını Penitensiar Xidmətin Şəki penitensiar müəssisəsinə işə qəbul etdirəcəyini vəd edərək 4 min 500 manat məbləğində pulunu etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirib. Şübhələr üçün əsaslar müəyyən edildiyindən fakta görə Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla dələduzluq) və 310-cu (vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə) maddələri ilə cinayət işi başlanıb.

 

Hazırda cinayət işi üzrə istintaq davam etdirilir.

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/200471

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR