Bakının polis qarnizonunun əməkdaşları qan verib

Bakının polis qarnizonunun əməkdaşları qan verib
16:12 24 Aprel 2015
26 Digər
Ölkə mətbuatı
A- A+

[ 24 Aprel 2015 17:07 ]


Bakı. Hafiz Heydərov – APA. Bakının polis qarnizonun əməkdaşları qan verib.

 

Bakı şəhər Baş Polis İdarəsindən APA-ya verilən məlumata görə, Prezident İlham Əliyevin sərəncamı ilə təsdiqlənən “Hemofiliya və talassemiyadan əziyyət çəkən uşaqlara qayğı” Dövlət Proqramının icrası çərçivəsində idarədə aprelin 23-də qanvermə aksiyası həyata keçirilib. Baş İdarənin və ərazi polis orqanlarının şəxsi heyəti mart ayının 11-dən başlayaraq, yüksək fəallıqla qanvermə aksiyasında iştirak ediblər. Respublika Elmi Tədqiqat Hematologiya və Transfiziologiya İnstitutunun Mərkəzi Qan Bankının xüsusi tibb briqadası tərəfindən götürülən qan nümunələrinin laboratoriyada müayinə edildikdən sonra talassemiyalı və digər irsi qan xəstələrinin müalicəsində istifadə olunacaq. Aksiya zamanı qan verən şəxslərə tam gigiyenik şəraitdə tibbi xidmət göstərilib. Toplanan qan Mərkəzi Qan Bankına təhvil verilib.


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/381089

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR