​Çanaqqala-100 tədbiri başlayıb

17:17 24 Aprel 2015
55 Dünya
Ölkə mətbuatı
A- A+

"Report" Türkiyə KİV-ə istinadən xəbər verir ki, tədbir bu gün Yəhya Çavuş Şəhidlər Məscidində cümə namazı ilə başlayıb. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və müsəlman dövlətlərinin liderləri birlikdə cümə namazı qılınıblar.
Namazdan sonra Mehmetcik xatirə kompleksindəki proqramla tədbir davam edib. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla İngiltərə vəliəhdi şahzadə Çarlz şəhidlər abidənin önünə əklil qoyub.
Bundan sonra sayğı duruşu edilib, İstiqlal Marşı oxunub, Çanaqqala cəbhəsində savaşan dövlətlərin bayraqları qaldırılıb. Çanaqqala cəbhəsində şəhid və həlak olan əsgərlərin ruhlarına dua oxunub.
Daha sonra Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan çıxış edəcək. Ardınca uşaq xor və mehtər dəstəsi çıxış edəcək. Tədbirdə Mustafa Kamal Atatürkün Çanaqqala savaşından sonrakı müraciəti də oxunacaq.

Xəbərin orijinal ünvanı: http://report.az/region/canaqqala-100-tedbiri

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR