Vüqar Həşimovun xatirə turnirində Azərbaycan derbisi gözlənilir

17:18 24 Aprel 2015
30 İdman
Ölkə mətbuatı
A- A+


Şəmkir, 24 aprel, Samirə Allahverdiyeva, AZƏRTAC
Aprelin 24-də Şəmkirdə Vüqar Həşimovun xatirəsinə həsr olunmuş ikinci turnirin 7-ci turu keçiriləcək.
AZƏRTAC xəbər verir ki, turun mərkəzi partiyası norvecli Maqnus Karlsen ilə rusiyalı Vladimir Kramnik arasında olacaq. Yeddinci turda şahmat həvəskarlarını Azərbaycan derbisi gözləyir. Derbidə Azərbaycan yığmasının üzvləri qrossmeyster Şəhriyar Məmmədyarov və Rauf Məmmədov görüşəcəklər. İtaliyalı qrossmeyster Fabiano Karuananın rəqibi amerikalı Uesli So, hindistanlı Vişvanatan Anandın rəqibi ingiltərəli Maykl Adams olacaq. Fransa nümayəndəsi Vaşye-Laqrav isə hollandiyalı Aniş Giri ilə görüşəcək.
Altı turdan sonra Maqnus Karlsen 4,5 xalla turnir cədvəlinə başçılıq edir. Onun ardınca Uesli So (4 xal), Vişvanatan Anand (3,5 xal), Fabiano Karuana, Şəhriyar Məmmədyarov (hərəyə 3 xal), Maksim Vaşye-Laqrav, Aniş Giri, Vladimir Kramnik, Rauf Məmmədov (hərəyə 2,5 xal), Maykl Adams (2 xal) gəlirlər.
Vüqar Həşimovun xatirə turniri aprelin 26-dək davam edəcək.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Vuqar_Hesimovun_xatire_turnirinde_Azerbaycan_derbisi_gozlenilir-849487

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR