Türkiyədə Çanaqqala savaşının 100-cü ildönümünə həsr olunmuş mərasim keçirilir

17:22 24 Aprel 2015
128 Ölkə
Ölkə mətbuatı
A- A+

[ 24 Aprel 2015 17:14 ]

Mərasimdə Azərbaycan prezidenti İlham Əliyev də iştirak edir

Çanaqqala. Mayis Əlizadə - APA. Türkiyədə Çanaqqala savaşının 100-cü ildönümü münasibətilə anım mərasimi başlayıb.

 

APA-nın Türkiyə müxbiri xəbər verir ki, mərasimdə Azərbaycan prezidenti İlham Əliyev də iştirak edir. 

 

Mərasimə 21 ölkə prezidenti, o cümlədən müxtəlif ölkələrin hökumət başçıları və nazirlər  qatılıblar. Mərasim Tayyib Ərdoğan, Böyük Britaniya şahzadəsi Çarlsın şəhid türk əsgərlərinin şərəfinə ucaldılmış abidəyə əklil qoyması və İstiqlal marşının oxunması ilə başlanılıb.

 

Qeyd edək ki, mərasimdən sonra Türkiyə prezidenti mərasimdə iştirak edən nümayəndə heyətlərinin rəhbərləri, dövlət və hökumət başçıları üçün “Savarona” yaxtasında axşam ziyafəti verəcək.


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/381097

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR