"Kanal S"dən növbəti aksiya

"Kanal S"dən növbəti aksiya
16:27 24 Aprel 2015
130 Sosial
Ölkə mətbuatı
A- A+

“Kanal S” televiziyası göz xəstəliklərindən əziyyət çəkən sakinlər üçün aksiya həyata keçirib. Kanal S (Region TV) xəbər verir ki, aksiya Region TV-də yayımlanan "Yaşamaq Gözəldir" verilişinin təşəbbüsü, Şəki Rayon Mərkəzi Xəstəxanasının təşkilatçılığı ilə baş tutub.

Görkəmli oftalmoloq alim Zərifə Əliyevanın anadan olmasının 92-ci ildönümünə həsr olunmuş aksiyada Milli Oftalmologiya Mərkəzinin əməkdaşları göz xəstəliklərindən əziyyət çəkən vətəndaşlarla görüşüblər. Mərkəzin yüksək ixtisaslı və peşəkar həkim briqadası tərəfindən xəstələr müayinə və əməliyyat olunublar. Göstərilən xidmətlər ödənişsiz həyata keçirilib.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/336432.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR