Deutsche Bank yenidən təşkil edilmə ərəfəsində

Deutsche Bank yenidən təşkil edilmə ərəfəsində
17:28 24 Aprel 2015
30 Dünya
Ölkə mətbuatı
A- A+


Berlin, 24 aprel, AZƏRTAC
“Nemetskaya Volna” agentliyi Almaniyanın ən iri bankı olan “Deutsche Bank”ın yenidən təşkil olunacağından yazır. Agentlik bildirir ki, son iyirmi ildə bankda bir çox dəyişikliklər və korporasiya daxili islahatlar aparılıb. Lakin bankın müşahidə şurasının bun gün təcili keçirilən iclasında qəbul ediləcək qərar onun simasını kökündən dəyişə bilər. Almaniyanın bu iri maliyyə-kredit institutu özünün 145 illiyində biznes strategiyasını, ola bilsin ki, hətta biznes modelini də qəti dəyişmək niyyətindədir.
“Deutsche Bank” 2012-ci ilin əvvəlində öz aksiyalar paketinin həcmini 94 faizinə çatdırıb. İndi isə, yəni üç il keçəndən sonra qarşıda bu aktivdən xilas olmaq məsələsi durur. Ekspertlərin fikrincə, hər halda “Deutsche Bank” öz biznesinin yenidən təşkili variantları barədə məlumat vermir. Lakin sızan çoxsaylı məlumatlara görə “Postbank”ın digər mülkiyyətçiyə satılması, və ya onun aksiyalarının birjada təkrar yerləşdirilməsi məsələnin mümkün həlli variantlarından biridir.
Potensial alıcılar sırasında İspaniyanın “Santander” və Fransanın “BNP Paribas” banklarının adları çəkilir. Ekspertlərin fikrincə, belə sövdələşmə bank riteyli üzrə böyük alman bazarında onların mövcudluğunu əhəmiyyətli dərəcədə möhkəmlədərdi. Bununla belə, ekspertlər ehtimal edirlər ki, “Deutsche Bank” vaxtilə “Postbank” üçün ödədiyi 6 milyard avronu geri qaytara bilməyəcək.
Hesab olunur ki, bankın iş yerlərinin saxlanmasına zəmanət verilməsi, əmək haqqının artırılması uğrunda tətil edən 15 min əməkdaşı ilə ən yaxşı halda 4 milyardını xilas edə bilər.
Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri

Berlin

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Deutsche_Bank_yeniden_teskil_edilme_erefesinde-849489

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR