Möhtəşəm Çanaqqala türküsü (VİDEO)

Möhtəşəm Çanaqqala türküsü (VİDEO)
16:31 24 Aprel 2015
Ölkə mətbuatı
A- A+

Xarici Dillər Universitetində ASAN Xidmətin sifarişi ilə hazırlanan “Çanaqqala 100 “Qardaş köməyi” filminin və “Çanaqqala türküsü” klipinin təqdimat mərasimi keçirilib.

ANS PPRESS-in məlumatına görə, hər iki ekran işi Çanaqqala savaşlarında şəhid olan qəhrəman türk əsgərləri və azərbaycanlı könüllülərin əziz xatirəsinə ithaf edilib.

Ekran işində əməkdar artist “Çanaqqala türküsü”nü Sevda Ələkbərzadə ifa edib. Əməkdar artist belə bir layihədə iştirak etdiyinə görə qürur hissi keçirdiyini bildirib: “Bu çox məşhur bir türküdür, ilk dəfə bir əsgərin dilindən səslənib. Bu savaşda türk əsgərləri ilə bərabər azərbaycanlı könüllülər də vuruşub. Bu türkü Çanaqqala savaşında vuruşanların qəhrəmanlığına həsr olunur".

“Çanaqqala 100 “Qardaş köməyi” filminin və “Çanaqqala türküsü” layihələrinin rəhbəri Cəlal Qurbanovdur.

Mənbə
ANS PRESS



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=5&nid=340218

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR