Çanaqqalada düşmənə ilk güllə atan türk

Çanaqqalada düşmənə ilk güllə atan türk
17:31 24 Aprel 2015
33 Digər
Ölkə mətbuatı
A- A+

Türkiyə bu gün Çanaqqala zəfərinin 100-cü ildönümünü qeyd edir. Hər il olduğu kimi bu gün də ölkə öz şəhidlərini, qəhrəmanlarını anır.

ANS PRESS-in məlumatına görə, Çanaqqala qəhrəmanlarından biri də o zaman kiçik leytenant rütbəsində döyüşən İbradılı İbrahimdir. O, Türkiyə tarixinə düşmənə ilk güllə atan hərbçi kimi düşüb.

İbradılı İbrahim hüquq fakültəsində təhsil alıb. Lakin o, təhsilini yarımçıq qoyaraq cəbhəyə yollanıb. Özünün 92 əsgəri ilə birlikdə düşməni qarşılayan İbradılı İbrahim və əsgərləri son güllələrinə qədər vuruşublar və düşmənin 160 əsgərinin hamısını öldürüb. Güllələri bitdikdən sonra da təslim olmayıblar. Döyüşlərdə yanağından güllə dəyən İbrahim xəstəxanaya aparılıb. Lakin 10 gün sonra yenidən cəbhəyə qayıdıb və 9 il müxtəlif cəbhələrdə savaşıb.

İbradılı İbrahim Türkiyədə soyadı qanunu çıxan kimi özünə "Ağıldərə" soyadını götürüb. Ağıldərə Gelibolu yarımadasında düşməni ilk qarşıladıqları yerdir. O, böyük oğluna da "Dumlupınar" adını qoyub. Belə ki, oğlu Dumlupınar qələbəsinin 5-ci ildönümündə doğulub.

İbradılı İbrahim 1959-cu ildə Konyada vəfat edib.
Mənbə
ANS PRESS



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=7&nid=340205

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR