Azərbaycanlı tələbələr “erməni soyqrımı”nı ifşa etdi (VİDEO)

Azərbaycanlı tələbələr “erməni soyqrımı”nı ifşa etdi (VİDEO)
16:31 24 Aprel 2015
80 Ölkə
Ölkə mətbuatı
A- A+

Paytaxt Bakıda 5 minə yaxın tələbə qondarma erməni soyqırımını ifşa etdən fləşmob keçirib.

ANS TV-nin məlumatına görə, flşmobda ölkənin 10 ali təhsil müəssisəsinin tələbələri iştirak edib. İqtisad Universitetinin təşkilatçılığı ilə təşkil olunan tədbirdə tələbələr eyni ayda Çanaqqala 100 açar sözü vasitəsi ilə Twitter sosial şəbəkəsində paylaşımlar etməklə ermənilərin uydurduğu soyqırımın həqiqət olmadığını dünyanya çatdırıblar.

Layihə rəhbəri Nihad Allahyarlı deyir ki, xüsusi hazırlanmış tarixi faktlar tvitlər vasitəsilə paylaşılacaq. Bu prosesin Çanaqqala başlığı altında aparılmasının səbəbi isə həm 100 illik zəfəri sosial şəbəkədə qloballaşdırmaq, həm də bu ad altında ermənilərə layiqli cavab verməkdən ibarətdir.

Tələbələr günorta saat 12:00-dan etibarən başladıqları qondarma soyqırımı ifşa edən sosial şəbəkə paylaşımlarına axşam saat 18:00-da yekun vuracaqlar.

Mənbə
ANS TV



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=111&nid=340196

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR