Dövlət İdarəçilik Akademiyasında multikulturalizm mövzusunda elmi konfrans keçirilib

17:32 24 Aprel 2015
Ölkə mətbuatı
A- A+

[ 24 Aprel 2015 17:27 ]


Bakı - APA. Prezident yanında Dövlət İdarəçilik Akademiyasında “Multikulturalizmin aktual məsələləri” mövzusunda elmi konfrans keçirilib.

 

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzindən APA-ya verilən məlumata görə, akademiyanın rektoru, akademik Urxan Ələkbərov konfransı giriş sözü ilə açaraq Azərbaycanın prioritet istiqamətlərindən olan multikulturalizm siyasəti barədə danışıb.

 

Konfransda millətlərarası, multikulturalizm və dini məsələlər üzrə dövlət müşaviri xidmətinin baş məsləhətçisi, Dövlət İdarəçilik Akademiyasının Fəlsəfə və Sosial Psixologiya kafedrasının müdiri, professor Etibar Nəcəfov “Multikulturalizmin bəzi sosial-fəlsəfi problemləri”, akademiyanın tədris işləri üzrə prorektoru, professor Əlikram Abdullayev “Etnik-mədəni müxtəlifliyin tənzimlənməsində multikulturalizm siyasətinin əhəmiyyəti”, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru, professor Azad Məmmədov “Azərbaycan dövlətinin multikulturalizm siyasətinin həyata keçirilməsində Multikulturalizm Mərkəzinin rolu”, Prezident yanında “Bilik” Fondunun aparat rəhbəri Hacı Abdulla “Ölkəmizdə multikultural mühitin möhkəmləndirilməsində “Bilik Fondu”nun layihələrinin əhəmiyyəti” və Multikulturalizm Mərkəzinin Analitika şöbəsinin müdiri Nəriman Qasımzadə “Multikultural təhlükəsizlik və onun əsas prinsipləri” mövzusunda məruzə ilə çıxış edib.

 

Məruzələrdə multikultural təhlükəsizlik anlayışı, multikulturalizmin dövlət siyasəti istiqamətində yeri, multikultural situasiyanın əsas qaynağının etnik və dini müxtəliflik amili olduğundan ayrı-ayrı etnik və dini icmaların birgəyaşayış maraqlarının təmin edilməsi barədə danışılıb. Bildirilib ki, bir sıra Qərb ölkələrinin multikulturalizmin iflasa uğramasını bəyan etdikləri bir dövrdə Azərbaycan Respublikası multikulturalizmi özünün dövlət siyasəti kimi həyata keçirir.

 

Konfransın sonunda Dövlət İdarəçilik Akademiyasının müəllim və tələbələri məruzələr ətrafında çıxış ediblər.  


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/381098

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR