AMEA-da soyqırım bölməsi açıldı

AMEA-da soyqırım bölməsi açıldı
17:36 24 Aprel 2015
42 Ölkə
Ölkə mətbuatı
A- A+

AMEA Milli Azərbaycan Tarixi Muzeyinin ekspozisiyasında Azərbaycanlıların soyqırımı bölmənin açılışı olub.

ANS PRESS xəbər verir ki, tədbirdə Azərbaycan Milli Elmlər Akademiyasının Prezidenti akademik Akif Əlizadə, vitse-prezident akademik İbrahim Quliyev, vitse-prezident akademik İsa Həbibbəyli, AMEA-nın akademik-katibi Nərgiz Axundova, tarixçi alimlər – Solmaz Rüstəmova-Tohidi, Şahin Mustafayev və KİV nümayəndələri iştirak ediblər.

Soyqırım ekspozisiyasını təşkil edən muzeyin Sərgilərin təşkili və xarici əlaqələr şöbəsinin müdiri, t.ü.f.d. Səbuhi Əhmədov qonaqları ekspozosiyada nümayiş olunan soyqırımla bağlı materiallarla tanış etdi və ətraflı məlumat verib.

XX əsrdə ermənilər tərəfindən azərbaycanlıların kütləvi şəkildə qətlə yetirmələrinin tarixi faktlara söykənən sənədləri və foto-şəkil stendləri ekspozisiyada əksini tapıb.

Milli Elmlər Akademiyasının prezidenti Akif Əlizadə soyqırıma həsr olunan bu ekspozisiyanın mühüm tarixi əhəmiyyət daşıdığını və azərbaycanlılara qarşı soyqırım həqiqətlərini dünyaya çatdırılmasında, təbliğində böyük rolu olmasını deyib. O, Muzeyi ziyarət edən qonaqların bu faciənin tarixçəsi ilə daha dərindən və ətraflı maarifləndirilməsini tövsiyə edib.

Bildirilib ki, tarix boyu erməni millətçiləri tərəfindən Azərbaycan xalqına qarşı qanlı cinayətlər, terror və soyqırım aktları törədilib. Çoxsaylı tarixi sənədlər sübut edir ki, erməni separatçıları yüz minlərlə azərbaycanlını öz tarixi ərazilərində etnik təmizləmə və soyqırımı siyasətinə məruz qoyaraq, kütləvi surətdə qətlə yetirib, zaman-zaman torpaqlarından deportasiya ediblər.

Mənbə
ANS PRESS



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=111&nid=340207

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR