Mərkəzi Bankdan pul açıqlaması

Mərkəzi Bankdan pul açıqlaması
17:36 24 Aprel 2015
58 Ölkə
Ölkə mətbuatı
A- A+

"Milli Məclisinin müzakirəsinə təqdim edilmiş “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” Azərbaycan Respublikası Qanununda dəyişikliklər edilməsi barədə qanun layihəsi Mərkəzi Bankın kapital çatışmazlığının ödənilməsi mexanizmlərinin təkmilləşdirilməsi məqsədinə xidmət edir".

Bu barədə ANS PRESS-ə Mərkəzi Bankdan məlumat verilib. AMB-dən bildirilib ki, kapital çatışmazlığı əsasən AMB-nin balansında olan xarici valyuta və qızılın yenidən qiymətləndirilməsi nəticəsində yaranan zərərin Bankın öz kapitalı hesabına ödənilə bilməməsi hallarında baş verə bilir.

Yenidənqiymətləndirmə nəticəsində yaranan fərq daim dəyişən olduğundan qanuna edilən dəyişiklik zərər halında kapital çatışmazlığının aradan qaldırılmasını zərərin əmələ gəldiyi maliyyə ilindən sonra bir il təxirə salınmaqla dövlətin vəsaiti hesabına bərpasını nəzərdə tutur.

Eyni zamanda, dəyişiklik çatışmazlığın bərpa mexanizmini dəqiqləşdirməklə Mərkəzi Bankın kapital çatışmazlığının dövlətin buraxdığı qiymətli kağızlarla ödənilməsini müəyyən edir.
Mənbə
ANS PRESS



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=20&nid=340237

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR