Rəşad Sadıqov ucuzlaşdı, Qara Qarayevin qiyməti artdı

Rəşad Sadıqov ucuzlaşdı, Qara Qarayevin qiyməti artdı
17:36 24 Aprel 2015
207 İdman
Ölkə mətbuatı
A- A+

"Transfermarkt" futbolçularımızın yeni qiymətlərini açıqlayıb.

ANS PRESS-in məlumatına görə, ən bahalı azərbaycanlı futbolçuların qiymətlərində dəyişiklik olub.

Dəyəri 900 min avrodan 650 minə düşən "Simurq"un oyunçusu Cihan Özkara yenə siyahıya başçılıq edir. İkinci pillədəki Rəşad Sadıqov mövqeyini itirib. Dəyər 650 min avrodan 400 minə düşən millinin və "Qarabağ"ın kapitanı 8-ci pillə düşüb. Əvəzində Qara Qarayev dəyərini 350 min avro artıraraq 500 minlə ikinci pilləyə yüksəlib.

"Qarabağ"lılar - Vüqar Nadirovla Bədavi Hüseynov və "Qəbələ"dən Ruslan Abışovla Cavid Hüseynov qapayır - 450 min avro. Bədaviyə ilk dəfə qiymət qoyulub, Vüqarla Cavid dəyərini 150, Ruslan 50 min avro artırıb.

Bədəvi Hüseynovla yanaşı, son dövrlər uğurlu çıхışı ilə diqqəti çəkən Rəşad Eyyubov, Əziz Quliyev, Məqsəd İsayev və İlkin Qırtımova ilk dəfə qiymət qoyulub.

Rahid Əmirquliyev, Elvin Məmmədov, Nizami Hacıyev, Əfran İsmayılov və Elnur Abdullayev qiyməti ucuzlaşan futbolçulardı.

Cavid Tağıyevlə Coşqun Diniyev Qara Qarayevdən sonra qiymətini ən çoх artıran futbolçularımız olub. Onların dəyəri 250 min artıb.

Ötən siyahıda 400 min avro qiymət qoyulan Rasim Ramaldanov 150 min avro ucuzlaşıb və "25-lik"dən çıхıb - 250 min avro.
Mənbə
ANS PRESS



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=11&nid=340234

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR