1 gündə 3 ev yandı - VİDEO

1 gündə 3 ev yandı - VİDEO
17:37 24 Aprel 2015
96 Digər
Ölkə mətbuatı
A- A+

Lənkəranda bir gündə üç yanğın hadisəsi baş verib. Nəticədə vətəndaşlara ciddi ziyan dəysə də, xəsarət alan olmayıb.
 
Milli.Az Region TV-yə istinadən xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin Lənkəran Rayon Yanğından Mühafizə Hissəsindən verilən məlumata görə, yanğın hadisələrindən biri Lənkəran şəhər sakini, Nərminə Nəcəfovaya məxsus Heydər Əliyev prospekti, 31 ünvanında yerləşən ümumi sahəsi 100 kvadratmetr olan iki mərtəbəli, üç otaqlı fərdi yaşayış evində qeydə alınıb.
 
Digər hadisə şəhərin Səttərxan küçəsi, dalan 4, ev 7-də Mirəsgər Əsgərova məxsus ümumi sahəsi 160 kv.m olan ikimərtəbəli, dörd otaqlı evdə baş verib.
Başqa bir yanğın hadisəsi isə rayonun Bala Şürük kənd sakini, Vaqif Həsənova məxsus ümumi sahəsi 90 kv.m olan birmərtəbəli fərdi evdə qeydə alınıb.
 
Hər üç ünvana müvafiq olaraq iki yanğınsöndürən maşın və canlı qüvvə göndərilib. Yanğının genişlənməsinin qarşısı alınıb. Hər üç hadisə zamanı xəsarət alan olmayıb.
Faktlarla bağlı araşdırma aparılır.

Milli.Az




фото


Xəbərin orijinal ünvanı: http://news.milli.az/incedent/336434.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR