Nizami rayonunda ağır atletika üzrə qaliblər müəyyənləşib

Nizami rayonunda ağır atletika üzrə qaliblər müəyyənləşib
17:38 24 Aprel 2015
42 İdman
Ölkə mətbuatı
A- A+


Bakı, 24 aprel, AZƏRTAC
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü münasibətilə Nizami Rayon İcra Hakimiyyətinin, Yeni Azərbaycan Partiyası (YAP) Nizami rayon təşkilatının, rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə rayon gəncləri arasında ağır atletikanın sinədən sıxma növü üzrə yarış keçirilib.
YAP-dan AZƏRTAC-a bildiriblər ki, yarışda ağır atletika ilə məşğul olan 60-dan artıq idmançı iştirak edib. Onlar 5 çəki (70, 80, 90, 100 və 100 kq-dan yuxarı) üzrə güclərini sınayıblar. Yarışda əsas tələb kimi qoyulan və çəkisindən 2 dəfə artıq qaldıran idmançılar finala vəsiqə qazanıblar. Sonda bütün çəkilər üzrə I, II və III yerlərin qalibləri müəyyənləşib.
Mükafatlandırma mərasimində çıxış edən Nizami rayon Gənclər və İdman İdarəsinin rəisi Elşən Mirzəyev, YAP Nizami rayon təşkilatının aparat rəhbəri Ramil Vəlibəyov, yarışın qalibi, ağır atletikanın armvrestlinq üzrə Avropa ikincisi Ravid Həsənov və digərləri idmana göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.
Sonda yarışın qaliblərinə diplom və medallar təqdim edilib, xatirə şəkli çəkdirilib.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Nizami_rayonunda_agir_atletika_uzre_qalibler_mueyyenlesib-849493

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR