Çanaqqala döyüşünü dünya anır - FOTO

Çanaqqala döyüşünü dünya anır - FOTO
17:42 24 Aprel 2015
85 Dünya
Ölkə mətbuatı
A- A+

Türkiyədə bu gün Çanaqqala Savaşının 100 illiyi qeyd olunur.
 
1915-ci ilin aprelin 25-də Mustafa Kamal Atatürkün rəhbərliyi ilə türk ordusu bu qanlı savaşda Antantanın birləşmiş qüvvələrinə qalib gəlmişdi.
 
Milli.Az Daily Mail-ə istinadən bildirir ki, təntənəli mərasimə Azərbaycanın dövlət başçısı İlham Əliyev, Britaniya şahzaləri Çarlz Harri, Avstraliyanın baş naziri Toni Ebbott, Rusiya Dövlət Dumasının spikeri Sergey Narışkin, Yeni Zelandiyanın baş naziri Con Key, habelə daha 17 ölkənin dövlət və hökumət başçıları qatılıblar.
 
Çanaqqala yarımadasına mərasimlə bağlı on minlərlə turist axışıb.
 
Britaniya və Fransanın rəhbərliyi ilə 1915-cilin fevralın 19-da başlanmış Çanaqqala əməliyyatının başlıca məqsədi İstanbulun işğalı idi.
Əməliyyat Antanta qüvvələrinin darmadağın edilməsi ilə nəticələnib. Çanaqqala döyüşlərində 21255 britaniyalı, 10 min fransalı, 7500 avstraliyalı, 2700 zelandiyalı, 1500 hindistanlı əsgər itirəndən sonra Antanta geri çəkilib.
 
Çanaqqala Savaşı Avstraliya, Kanada və Yeni Zelandiyada bu gün "Anzak Günü" kimi qeyd olunub.
 
Bu savaşda 450 min türk əsgəri Britaniyanın 490 min, Fransanın isə 120 min hərbçisinin qarşısını alıb.
 
Melburnun mərkəzindəki Federasiya Meydanı on minlərlə toxunma lalələrlə bəzədilib.

Milli.Az
 






























Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/336436.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR