Ağstafada ekskavator yandı

Ağstafada ekskavator yandı
11:32 13 Yanvar 2015
172 Digər
Ölkə mətbuatı
A- A+

Ağstafa rayonunda ekskavator yanıb

Kəpəz TV (Region TV) xəbər verir ki, hadisə rayonun Muğanlı kəndində  baş verib.

Ağstafa Suvarma Sistemləri idarəsinə məxsus "Hyundai" markalı müasir texnika iş görən zaman qəfildən alovlanıb. Sürücü, 55 yaşlı Nurəddin Osmanov dərhal ekskavatoru tərk edərək onu söndürməyə cəhd etsə də alov daha da şiddətlənib. Dərhal hadisə yerinə Ağstafa Yanğından Mühafizə Hissəsinin 2 avtomobili və canlı qüvvəsi cəlb edilib,  yanğın söndürülüb. Yanğın zamanı ekskavatorun kabinası və təkərləri yanıb. Alovun yanacaq çəninə keçməsinin qarşısı alındığından partlayış baş verməyib.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/incedent/318783.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR