Azərbaycan Prezidenti İlham Əliyev Türkiyədə Çanaqqala zəfərinin 100 illiyi mərasimində iştirak edir

16:43 24 Aprel 2015
109 Digər
Ölkə mətbuatı
A- A+


Çanaqqala, 24 aprel, AZƏRTAC
Xüsusi müxbirimiz xəbər verir ki, aprelin 24-də Türkiyədə Çanaqqala zəfərinin 100 illiyi münasibətilə təntənəli mərasim başlayıb.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mərasimdə iştirak edir.
İştirakçı ölkələrin dövlət bayraqlarının dalğalandığı “Şəhidlər” abidəsi meydanında fəxri qarovul dəstəsi düzülüb.
Abidənin önünə əklillər qoyuldu.
Çanaqqala şəhidlərinin və Türkiyə dövlətinin banisi Mustafa Kamal Atatürkün xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Türkiyənin dövlət himni səsləndirildi.
Şəhidlərin ruhuna Qurani-Kərimdən ayələr oxundu, dualar edildi.
Mərasimdə 21 ölkənin dövlət başçısı, eləcə də 70-dən çox ölkədən yüksək vəzifəli şəxslər iştirak edirlər.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Azerbaycan_Prezidenti_Ilham_Aliyev_Turkiyede_CHanaqqala_zeferinin_100_illiyi_merasiminde_istirak_edir-849496

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR