Tenderə qoşulanlar bilindi

Tenderə qoşulanlar bilindi
17:46 24 Aprel 2015
40 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycanın ikinci telekommunikasiya peyki olan "Azerspace-2" peykinin və əlaqədar yerüstü avadanlığın satın alınması”na dair “Azərkosmos” ASC tərəfindən elan edilmiş açıq tender üzrə iddiaçıların təklif zərfləri açılıb.

ANS PRESS xəbər verir ki, “Azərkosmos”un məlumatına görə, açıq tender prosesi çərçivəsində təklif vermiş şirkətlər sırasına ABŞ-ın "Orbital ATK" və "Space Systems Loral", Çinin "China Great WallIndustry Corporation" və Fransanın "Airbus Defence and Space" şirkətləri daxildir. Bu ilin ortasınadək tender üzrə qalib şirkətin seçilməsi planlaşdırılır.

Xatırladaq ki, "Azerspace-2"nin orbitə çıxarılması 2017-ci ilə planlaşdırılıb. Peyk Avropa, Mərkəzi və Cənub-Qərbi Asiya, Yaxın Şərq və Tropik Afrikanı (Sahara səhrasından cənubda yerləşən Afrika ölkələri) əhatə edəcək.
Mənbə
ANS PRESS



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=20&nid=340208

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR