"Mançester Yunayted" 7 milyona hücumçusunu satır

"Mançester Yunayted" 7 milyona hücumçusunu satır
17:47 24 Aprel 2015
44 İdman
Ölkə mətbuatı
A- A+

"Mançester Yunayted" "Real"da icarə əsasında oynayan futbolçusu Xavyer Hernandeslə yolları ayırmağı planlaşdırır.

Qol.az-ın Britaniya mətbuatına istinadən yaydığı xəbərə görə, "MY" 26 yaşlı hücumçunu satışa çıxarıb.

Məlumatda bildirilir ki, baş məşqçi Lui van Qalın heyətdə görmək istəmədiyi meksikalı oyunçu üçün hər hansı klub 7 milyon funt-sterlinq ödəyəcəyi təqdirdə, "MY" X.Hernandesi satacaq.

Qeyd edək ki, X.Hernandes bu mövsümün sonuna kimi "Real"da icarə əsasında çıxış edəcək. "Atletiko"ya qarşı Çempionlar Liqasının 1/4 finalında keçirilən cavab matçında qələbə qolunu vurmasına baxmayaraq, Madrid klubu da X.Hernandeslə yeni müqavilə imzalamaq niyyətində deyil.

Əlavə edək ki, X.Hernandeslə "Vest Hem, "Sauthemton", Valensiya" və Moskva "Dinamo"sunun maraqlandığı iddia edilir.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/336440.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR