"Qarabağ"ın zədəli futbolçusundan yeni xəbər

"Qarabağ"ın zədəli futbolçusundan   yeni xəbər
17:47 24 Aprel 2015
43 İdman
Ölkə mətbuatı
A- A+

AVRO-2016-nın seçmə mərhələsi çərçivəsində martın 28-də Tofiq Bəhramov adına Respublika stadionunda Azərbaycan və Malta milli komandaları arasında keçirilmiş oyunda zədələnən Namik Ələsgərov Almaniyanın Plattling şəhərində uğurla cərrahiyə əməliyyatı olunub və ilkin fizioterapiya kursunu keçib. 


Fanat.az xəbər verir ki, 4-6 həftə sonra futbolçunun Almaniyada növbəti fizioterapiya kursu olacaq. Bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.


Qeyd edək ki, Namik Ələsgərovun bütün müalicə xərci AFFA tərəfindən ödənilir.


Fanat.az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-quotqarabaquotn-zdli-futbolcusundan-t40236.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR