Bulvardakı atraksionlar təhlükəsizdir? (VİDEO)

Bulvardakı atraksionlar təhlükəsizdir? (VİDEO)
17:56 24 Aprel 2015
158 Ölkə
Ölkə mətbuatı
A- A+

Paytaxt sakinlərinin istirahət, əyləncə üçün ən çox üz tutduğu məkan Dənizkənarı Bulvar ərazisidir. Elə buna görə idarə hər il bulvar ərazisində yeni işlər görür, ərazinin daş və ot örtüyü zaman-zaman yenilənir. Yenilənən həm də bulvar ərazisindəki atraksionlardır. Onlar tam təhlükəsizdir və hər biri qoruyucu kəmərlərlə təchiz olunub.

Bulvar İdarəsindən bildirildi ki, atraksionlar vaxtaşırı yoxlanılır. Ona görə də bu günə kimi onlarda heç bir bədbəxt hadisə qeydə alınmayıb. Sakinlərsə bu nəzarətin daimi olmasını vacib hesab edir.

Bulvar yeni gətirilən uçan boşqab atraksionunun kassa nəzarətçisi Məhəmməd Həbibbəyli deyir ki, yeni qurğulara tələbat çoxdur. Xüsusilə axşam saatlarında bu atraksionlara minmək istəyənlərin sayı daha da artır, təhlükəsizliksə öz yerində.

Fövqaladə Hallar Nazirliyi tərəfindən də atraksionlar ildə 2 dəfə yoxlanılır. Bulvar İdarəsinin rəis müavini Nazim Məcidovun sözlərinə görə, bulvardakı atraksionların hər birinə cavabdeh olan şəxs var və onlara müvafiq qurumlar tərəfindən texniki təhlükəsizlik kitpabçaları paylanılıb. Həmin kitabçalarda hər bir atraksionun texniki istifadəsi ətraflı qeyd olunub.

"Xüsusi mühəndislər hər gün atraksionlara nəzarət edir. FHN-nin əməkdaşı hər gün atraksionları yoxladıqdan sonra aktlaşdırır və istifadəsinə icazə verir".

Xatırladaq ki, hazırda Milli Park ərazisində 26 atraksion var. Onların hər biri dünyanın ən inkişaf etmiş ölkələrində istehsal olunan əyləncə vasitələridir.

Mənbə
ANS-TV



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=111&nid=340227

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR