Akademik Zərifə Əliyeva görkəmli alim kimi milli elm tarixinə öz möhürünü vurub

17:58 24 Aprel 2015
129 Ölkə
Ölkə mətbuatı
A- A+


Bakı, 24 aprel, AZƏRTAC
Aprelin 24-də Nərimanov rayonundakı G.Şaroyev adına 35 nömrəli onbirillik uşaq musiqi məktəbində görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 92-ci ildönümü ilə əlaqədar tədbir keçirilib.
Milli Məclisin deputatı Jalə Əliyevanın, Nərimanov Rayon İcra Hakimiyyəti başçısının müavini İradə Mahmudovanın, ziyalıların, rayon ictimaiyyətinin nümayəndələrinin, fəal gənclərin qatıldığı tədbirdə YAP Nərimanov rayon Qadınlar Şurasının sədri Məhəbbət İbrahimova sədaqətli ömür-gün yoldaşı, mehriban və qayğıkeş ana olan, milli mənəvi və yüksək əxlaqi dəyərləri varlığında təcəssüm etdirən görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın mənalı ömür yolundan danışıb, onun bütün türk dünyasında, müsəlman aləmində qadınlığa örnək bir insan olduğunu diqqətə çatdırıb. Bildirib ki, Zərifə xanım Əliyeva müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, bütün mənalı ömrünü Vətəninin və xalqının tərəqqisinə həsr etmiş dahi şəxsiyyətin - ümummilli lider Heydər Əliyevin vəfalı ömür-gün yoldaşı, sədaqətli dostu və etibarlı silahdaşı olub. Zərifə xanım Əliyeva ümummilli lider Heydər Əliyevin fəaliyyəti boyunca qarşılaşdığı bütün çətinlikləri onunla paylaşırdı.
Milli Məclisin deputatı Jalə Əliyeva deyib ki, tibbin mühüm sahəsi olan oftalmologiya elmi sahəsində uzun illər dəyərli tədqiqatlar aparan, intellektual səviyyəsi, özünəməxsus tədqiqatçılıq məharəti, qələminin qüdrəti ilə elmin ən uca mərtəbələrini fəth edən Zərifə Əliyeva görkəmli alim, müəllim, ictimai proseslərdə fəal Azərbaycan qadını kimi milli elm tarixinə möhürünü vurub.
Tədbirdə mənalı ömür yolu, peşə fəaliyyəti və elmi yaradıcılığı insanlıq üçün mənəviyyat, kamillik, müdriklik örnəyi olan, tanrının bəxş etdiyi ömür payını ləyaqətlə yaşayan, həyatının mənasını nəcib, xeyirxah əməllərdə taparaq bütövlükdə xalqının tərəqqisinə, maariflənməsinə əvəzsiz töhfələr vermiş zəngin mənəviyyat sahibi olan və gördükləri işlərlə təkcə yaxın çevrəsinin - dostlarının, yaxınlarının deyil, el-obasının sevimlisinə çevrilərək bütövlükdə cəmiyyətin tükənməz rəğbətini qazanmış Zərifə xanım Əliyevanın qədirbilən xalqımızın qəlbində əbədi yaşayacağına, daim dərin ehtiramla, rəğbətlə anılacağına əminlik ifadə olunub.
Tədbirin gedişində akademik Zərifə Əliyevanın mənalı ömür yolu və elmi fəaliyyətini əks etdirən videoçarx nümayiş etdirilib. Həmçinin məktəbin şagirdlərinin ifasında klassik musiqi parçaları ifa olunub və Zərifə Əliyevaya həsr edilən şeirlər söylənilib.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Akademik_Zerife_Aliyeva_gorkemli_alim_kimi_milli_elm_tarixine_oz_mohurunu_vurub-849508

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR