"Şofer Əhməd"in 70 yaşı tamam oldu

"Şofer Əhməd"in 70 yaşı tamam oldu
18:05 24 Aprel 2015
Ölkə mətbuatı
A- A+

Bu gün əməkdar artist, rejissor, aktyor Elxan Qasımovun yubileyidir. Lent.az-a kino.org.az-a istinadən verdiyi məumata görə, aktyor Elxan Qasımovun 24 aprel 1945-ci ildə Naxçıvanda anadan olub. M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun aktyorluq, daha sonra isə Leninqradda rejissorluq fakültəsində təhsil alıb. 1969-cu ildən C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında işləyir. Bədii sənədli filmlərin, eləcə də Mozalan süjetlərinin müəllifidir. “Əhməd haradadır” filmindən sürücü Əhməd kimi tanınan aktyor, rejissor Elxan Qasımov Azərbaycan kino sənətinin inkişafındakı xidmətlərinə görə 18 dekabr 2000-ci ildə Azərbaycanın əməkdar artisti fəxri adına layiq görülüb.
  
Elxan Qasımov “Nizami Gəncəvi”, “Qocalar, qocalar...”, “Bizim küçənin oğlanları”, “Biz qayıdacağıq” bədii filmlərinin rejissoru olmuş, “Cazibə qüvvəsi”, “Qatır Məmməd”, “O qızı tapın”,“İnsan məskən salır” bədii filmlərində isə müxtəlif səpkili obrazlar yaradıb.
 
 Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/culture/336446.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR